Description:Kitabda adi həyatdan tutmuş siyasətə və hərbiyyəyə qədər olduqca geniş bir diapazonda tətbiq olunan çoxlu sayda diplomatik manevrlərin, taktiki gedişlərin, psixoloji fəndlərin mexanizmi izah edilir, onlardan necə istifadə etməyin yolları göstərilir; Kitabın birinci hissəsində – qədim Şərq əlbəyaxa döyüşlərində və ümumən hərb texnikasında olduğu kimi, ünsiyyət aktının da özünəməxsus taktika və strategiyaya, hücum və əks-hücum məqamlarına, kəşfiyyat, diversiya elementlərinə və s. malik olduğu göstərilir, rəqibin zəif cəhətlərini necə aşkar etmək, onlara zərbələri necə endirmək, qarşı tərəfin hücumlarından necə qorunmaq, fikirlərini necə «oxumaq», ünsiyyət zamanı təşəbbüsü necə ələ almaq, liderliyə necə nail olmaq, kiməsə hər hansısa bir fikri necə təlqin etmək, onu necə inandırmaq, fəaliyyətə necə təhrik etmək və ya bundan necə çəkindirmək, rəyini necə döndərmək, iradəsini necə qırmaq, öz mövqeyini ona necə qəbul etdirmək, onda hansısa bir əhval-ruhiyyəni, halı, meyli necə formalaşdırmaq və ya necə neytrallaşdırmaq, müxtəlif xarakter və statuslu adamlarla müxtəlif şəraitlərdə ünsiyyəti necə qurmaq, söhbətin maraqlı keçməsi üçün hansı nüansları nəzarətdə saxlamaq və s. barədə bəhs edilir. İkinci hissədə – konkret olaraq siyasət və hərbiyyədə istifadə olunan diplomatik manevr və fəndlərin texnologiyalarından bəhs olunur: Rəqib cəbhəsinin əskər və əhalisinin mənəvi və hərbi ruhunu necə qırmaq, onların öz qüvvəsinə, öz hərbi-siyasi rəhbərliyinin kompetentliyinə inamını necə itirmək, onların döyüş qabiliyyətini necə aşağı salmaq, müqavimət iradəsini necə qırmaq, hərbi əməliyyatlarda iştirakdan və ya səfərbərlikdən boyun qaçırmağa, dezertirliyə, komandirlərə tabe olmamağa, əsir düşməyə, satqınlığa və s. necə təhrik etmək, onları özlərinin, öz yaxınlarının və ya öz dövlətlərinin, vətənlərinin, rəhbərlərinin və b. əleyhinə olan addımlara, fəaliyyətlərə necə meylləndirmək, beynəlxalq siyasətdə və ümumən siyasətdə bütün bunlardan necə istifadə etmək və s. barədə söhbət açılır, bunların realizəsi üçün konkret fənd və vasitələr göstərilir. Metodika dünya psixologiyasında analoqa malik deyil. Kitab xüsusi idarələr, diplomatlar, siyasətçilər, politoloqlar, hərb strateqləri, pedaqoqlar, psixoloqlar və ümumiyyətcə, praktik psixologiya ilə maraqlanan hər kəs üçün yararlı ola bilər. ======================= M Ü N D Ə R İ C A T ----------------------- ÖN SÖZ MÜQƏDDİMƏ == I hissə == I fəsil. KƏŞFİYYAT: İNSANLARIN FİKİRLƏRİNİ NECƏ «OXUMALI», ONLARI NECƏ TANIMALI I.1. Sərbəst assosiasiya metodu I.2. Mübahisə metodu I.3. Sınaq-səhv metodu I.4. Statistik intensivlik metodu I.5. Eyham metodu I.6. Həqiqəti təhrif metodu I.7. Sorğu metodu II fəsil: PSİXOLOJİ HƏMLƏ: İNSANLARA TƏSİRİN FORMA və METODLARI II.1. PSİXOLOJİ TƏSİRLƏRİN FORMALARI II.1.1. Təbliğat II.1.2. Təşviqat II.2. PSIXOLOJI TƏSIRLƏRIN METODLARI Þ İnsanları ayıqkən necə hipnoz etməli (Təlqin metodları) II.2.1.1. Avtoritet və etimada əsaslanan təlqin II.2.1.2. Qarşı tərəfin zəifliklərindən istifadə yolu ilə həyata keçirilən təlqin II.2.1.3. Etimad və etibara əsaslanan təlqin II.2.1.4. Təlqin materialının məzmunu faktoru II.2.1.5. Situativ faktorlara istinadən həyata keçirilən təlqin II.2.1.6. Təlqin texnikası faktoru Þ İnandırma, aldatma və dezinformasiya metodları II.2.2.1. Nümayiş manipulyasiyaları II.2.2.2. Təsvir manipulyasiyaları II.2.2.3. İzah manipulyasiyaları II.2.2.4. Arqumentasiya manipulyasiyaları Þ Sanksiya II.2.3.1. Psixoloji sanksiyalar (diversiyalar) II.2.3.2. Siyasi-inzibati sanksiyalar (diversiyalar) II.2.3.3. İqtisadi sanksiyalar (diversiyalar) II.2.3.4. Texnoloji sanksiyalar (diversiyalar) II.2.3.5. Hərbi sanksiyalar (diversiyalar) ■ 2.3.5.1. Psixotron silahlar ■ 2.3.5.2. Psixotrop preparatlar ■ 2.3.5.3. Partlayıcı maddələr (eksplozivlər) ■ 2.3.5.4. Kimyəvi silahlar ■ 2.3.5.5. Bioloji (bakterioloji) silahlar ■ 2.3.5.6. Tektonik silahlar ■ 2.3.5.7. Zoo – silahlar ■ 2.3.5.8. “Humanist” adlandırılan bir sıra müasir silahlar. III fəsil: BİR SIRA ÜNSİYYƏT FƏNDLƏRİ BARƏDƏ III.1. Riskli fikirləri necə ifadə etməli? III.2. Tənqid (irad) qaydaları III.3. Etiraz, imtina qaydaları III.4. Mövzudan məharətlə yayınmaq qaydaları III.5. Cavabdan diplomatikcəsinə necə yayınmalı III.6. Mövcud münasibəti qoruyub saxlamağa və daha da inkişaf etdirməyə imkan verən qaydalar III.7. Mahir həmsöhbət ola bilmək qaydaları III.8. Mahir dinləyici ola bilmək qaydaları == II hissə == IV fəsil: SOYUQ MÜHARİBƏ METODLARI: Davranış və düşüncələrin neyrostrateji proqramlaşdırılması metodu («Atom bombasına qarşı psixoloji bomba») IV.1.Rəqib ideologiyaları necə neytrallaşdırmalı IV.2.Əleyhfəaliyyətlərin qarşısını necə almalı IV.3.İnqilablar necə formalaşdırılır IV.4.Qüvvələr (şəxsiyyətlər, dövlətlər...) əleyhinə fəaliyyətlər IV.5.Rəqib cəbhəsi daxilinə necə iğtişaş salınır ■ Təzyiq taktikaları ilə əlaqədar bir sıra nüanslar ■ Qarabağ müharibəsi ilə əlaqədar bəzi çıxarışlar NƏTİCƏ Ədəbiyyat siyahısı ■ KİTABA ƏLAVƏLƏR ■ Bu gün dünya birjalarinda neft qiymətlərinin aşaği düşməsində psixoloji faktorlarin rolu və Azərbaycanin bu böhrandan daha az itki ilə çixa bilməsi üçün bəzi təkliflər ■ Azərbaycanın ali məktəblərində tədris edilən «Sosial psixologiya» (Ə.Bayramov və Ə.Əlizadə. Baki, «Qapp-poliqraf», 2003) dərsliyi barədə Rəy ■ Azərbaycanin müxtəlif sektorlarinda həyata keçirilməsi mümkün olan bir sira islahatlar barədə təkliflər ■ ABŞ və Azərbaycan demokratiyasının müqayisəsi ■ Minnətdarlıq KİTABDAN BİR PARÇA: M Ü Q Ə D D İ M Ə Yəqin, çoxları həyatda elə insanlarla rastlaşıb ki, onlar düşdüyü mühitdə dərhal başqalarından seçilir, nüfuz, hörmət, özgələri üzərində hakimiyyət qazanır, onların dünyagörüşünə, həyat tərzinə, düşüncəsinə və s. maneəsiz müdaxilə edib, təsir göstərir, onların idealına çevrilirlər. Belə adamlar, sanki, «hipnoz qabiliyyətli», «maqnitli» şəxsiyyətlərdir. Onların hər sözündə bir hökm, qüvvə hiss olunur, ətrafdakılar özlərindən asılı olmayaraq onların iradəsinə tabe olur, istəyini, tələblərini yerinə yetirmək, ardınca getmək məcburiyyətində qalır, onların əleyhinə çıxmağa cürət etmirlər. Hamı onlarla ünsiyyətə, dostluğa can atır, sözlərinə bir ehkam kimi inanır, mübahisələrdə, konflikt məqamlarda onların üstünlüyü dərhal nəzərə çarpır, baxmayaraq ki, onlar azdanışan, fiziki cəhətdən başqalarından az seçilən olurlar, danışdıqlarında isə çox az vaxtda nə isə müəyyənlik, məntiqi ardıcıllıq, dərin məlumatlılıq və s. olur. Tarixin gedişatına təsir göstərib, dünya nizamını müəyyən edən həmin liderlər – məhz bu tipli insanlardır. Onlar bir sözü ilə milyonları ayağa qaldırmağa, ardınca aparmağa, ölümə sürükləməyə, məhv etməyə qadirdirlər. Onlarda daim yuxarıda dayanmaq, başqaları üzərində hökmranlıq etmək, ətraf mühiti öz istəyinə uyğun dəyişmək və s. kimi keyfiyyətlər mövcuddur. Onların bu fenomenal xüsusiyyəti daim filosofların, psixoloqların, politoloqların, tarixçilərin və b. diqqət mərkəzində durub, tarix boyu liderlik fenomeninin sirrini açmaq üçün milyonlarla düşünən beyin cəhd edib. Burada məhz bu fenomenin şifrələri açılır. Yer üzündə bütün cəhətləri ilə biri-birinin təkrarı olan iki eyni insan tapmaq mümkün olmadığı kimi, onlar arasında yaranan ünsiyyət növləri, münasibət formaları da, özünün forma və məzmununa, məqsəd və xarakterinə, vasitələrinə və s. görə bir-birindən fərqlənir. Hər bir ünsiyyət növündə onun müəlliflərinin temperament, intellekt və xarakterindən tutmuş, onların dini, milli, irqi, irsi, cinsi, sinfi, siyasi və s. mənsubiyyətinə qədər elementlərin cizgiləri həkk olunur. Buraya, həmçinin, müəlliflərin emosional vəziyyəti, onların təhsil səviyyəsi, peşə yönümü, ictimai statusu, yaşı, bir-birinə münasibəti, istəkləri və s., eləcə də, söhbətin təklikdə, yoxsa publika qarşısında, öz cinsinin, yoxsa əks cinsin nümayəndəsi ilə aparılması və s. kimi cəhətlər də daxildir. Eyni zamanda, söhbətin ittiham, yoxsa müdafiə, sorğu və ya məsləhət, təsəlli, yaxud da ki, provakasiya, və s. məqsədi daşıması, dövrün iqtisadi, siyasi, hərbi, mədəni, sosial durumu və b. da, ünsiyyətin nəticəsinə təsir göstərən amillərdəndir. Bütün bu ziddiyyətlərə, mürəkkəbliyə, çoxşaxəliliyə, çoxplanlığa və s. baxmayaraq, hər halda, ünsiyyət aktı müəyyən qanunauyğunluğa malikdir və bu qanunauyğunluqları dərk edən şəxslər onun bu cür, göründüyü qədər də, xaotik proses olmayıb, əslində çox dəqiq riyazi səlisliyə, sistemli daxili quruluşa, sərrast mexanizmə malik gözəl bir psixoloji apparat olduğunu bilirlər. Bu apparatın «dili»ni bilən şəxslərsə insanlar üzərində hakimiyyətə malikdirlər. Bu kitabda məhz bu aparatın mexanizmi izah edilir. Burada – qədim Şərq əlbəyaxa döyüşlərində və ümumən hərb texnikasında olduğu kimi, ünsiyyət aktının da, özünəməxsus taktika və strategiyaya, hücum və əks-hücum məqamlarına, kəşfiyyat, diversiya elementlərinə və s. malik olduğu göstərilir, rəqibin zəif cəhətlərini necə aşkar etmək, onlara zərbələri necə endirmək, qarşı tərəfin hücumlarından necə qorunmaq, fikirlərini necə «oxumaq», ünsiyyət zamanı təşəbbüsü necə ələ almaq, liderliyə necə nail olmaq, rəqibə hər hansı bir fikri necə təlqin etmək, onu necə inandırmaq, fəaliyyətə necə təhrik etmək və ya bundan necə çəkindirmək, rəyini necə döndərmək, iradəsini necə qırmaq, öz mövqeyini ona necə qəbul etdirmək, onda hansısa bir əhval-ruhiyyəni, halı, meyli necə formalaşdırmaq və ya necə neytrallaşdırmaq, müxtəlif xarakter və statuslu adamlarla müxtəlif şəraitlərdə ünsiyyəti necə qurmaq, söhbətin maraqlı keçməsi üçün hansı nüansları nəzarətdə saxlamaq, istər ayrıca fərdlərin və istərsə də, nəhəng qrupların, kütlələrin, xalqların beyninə lazımi lozunqları, inamları, baxışları, motivləri necə yerləşdirmək, rəqib cəbhəsinin əskər və əhalisinin mənəvi və hərbi ruhunu necə qırmaq, onların öz qüvvəsinə, öz hərbi-siyasi rəhbərliyinin kompetentliyinə inamını necə itirmək, onların döyüş qabiliyyətini necə aşağı salmaq, müqavimət iradəsini necə qırmaq, hərbi əməliyyatlarda iştirakdan və ya səfərbərlikdən boyun qaçırmağa, dezertirliyə, komandirlərə tabe olmamağa, əsir düşməyə, satqınlığa və s. necə təhrik etmək, onları özlərinin, öz yaxınlarının və ya öz dövlətlərinin, vətənlərinin, rəhbərlərinin və b. əleyhinə olan addımlara, fəaliyyətlərə necə meylləndirmək, siyasi mübarizədə bütün bunlardan necə istifadə etmək və s. barədə söhbət açılır, bunların realizəsi üçün konkret fənd və vasitələr göstərilir. Bu metodika – özünəməxsus psixoloji dzyü-do, xüsusi bilik, fənd və vərdişlər toplusudur ki, o, rəqibin təbii zəif cəhətlərindən öz məqsədləri üçün istifadə etmək, onun psixikasını bir alət, cihaz kimi idarə etmək, dünyagörüşünə, həyat tərzinə, davranışına, düşüncəsinə və s. müdaxilə edib, təsir göstərmək, ümumilikdə, mürəkkəb insan münasibətləri laboratoriyasında rahat işləmək üçün konkret resept, təlim, instruksiyadır. Ondan müstəqil olaraq «psixoloji silah» yaratmaq işində, insan beyninin proqramlaşdırılmasında, düşünən yeni nəsil robotlarının (süni şüurun) yaradılmasında, cəmiyyətlərin davranışının kibernetik modelinin işlənib hazırlanmasında, eləcə də, ritorikada, diplomatiyada, pedaqogikada, kriminalistikada, reklam işində, ideoloji müharibələrdə, linqvistika və informasiya nəzəriyyələrində və digər yerlərdə istifadə oluna bilər. O, eyni zamanda, gücsüzlərin özlərini güclülərin təsirindən, təzyiqindən, hücumundan, istismarından və s. qoruması üçün də əvəzedilməz silahdır, çünki təsir – mexanizminin dərki ilə öz qüvvəsini itirir. Metodika, dünya psixologiyasında analoqa malik deyil. II Necə etməli ki, bir anda milyonlarla insan küçələrə çıxıb bir-birinə hücum çəksin, bir-birinin qanına susayıb ata-oğlunu, ana qızını, övlad valideyni, qardaş qardaşı tikə-tikə doğramaqdan ləzzət alsın, dünənə qədər can bir qəlbdə olan şəxslər bu gün bir-birinə qənim kəsilsin, beləcə, milyonlarla insanın beyninə bir andaca iblis hakim olsun və sonra, sizin istədiyiniz bir vaxtda bu iblis onları buraxıb getsin və həmin insanlar yenidən bir araya gəlib, bir-biri ilə deyib-gülməyə başlasınlar? Necə etməli ki, hüdudsuz nifrət hissi ilə üstünüzə hücum çəkən düşmən əskərləri bir andaca silahı yerə tullayaraq evlərinə dağılışıb getsinlər və ya kütləvi surətdə sizin tərəfinizə keçsinlər, yaxud silahı bir-birlərinə, öz komandirlərinə, hökumətlərinə və ya öz əhalilərinə qarşı çevirsinlər? Fantastika və ya vəhşilikdir, deyilmi? Hər halda, insanların radioaktiv, bakterioloji və kimyəvi silahlarla kütləvi məhv edilməsindən o qədər də artıq vəhşilik deyil və insanların «zombiləşdirilməsi» üzrə bu səpkili tədqiqatlar çoxdan bir sıra nəhəng dövlətlərin gizli hərbi laboratoriyalarında sınaqdan keçirilməkdə və praktikaya tətbiq edilməkdədir. Bu kitabdan məqsəd, məhz həmin tədqiqatların üzərindən «məxfilik» qrifini götürərək onların sirrini nəhəng dövlətlərin monopoliyasından çıxarmaq və kiçik dövlətlərin də, özünümüdafiə məqsədilə bu cür maksimum ucuz və maksimum effektli «silah»a malikliyini təmin etmək üçün onun ən ümumi konturlarını müəyyənləşdirmək, sirri üzərinə müəyyən işıq salmaqdır. III Məhdud miqdarda olan qiymətli şeylərin bölüşdürülməsi ilə bağlı konfliktlərin meydana çıxması labüddür. Hakimiyyət, nüfuz, var-dövlət və s. kimi qıt dəyərlərdən daha çox pay götürmək rəqabəti də, tarix boyu mövcud olmuş bütün bəşəri münaqişələri meydana çıxarıb. Nə iqtisadi münasibətlərin dinamikası ilə şərtlənən formasiya təbəddülatları, nə bəşər təfəkkürünün inkişaf dialektikası ilə həmahəng dəyişən sivilizasiya təkamülləri, nə də bir başqa nə isə min-min il ərzində bu qırğınların qarşısını ala bilməyib ki, bu da onun insan xislətinin dərinlikləri ilə bağlı bir hal olduğunu düşünməyə əsas verir. Həqiqətdə də bu belədir. Belə ki, təbii seçmə və yaşamaq uğrunda mübarizə deyilən – bioloji, dialektik ziddiyyət deyilən – fəlsəfi qanunauyğunluqlar bu konfliktləri legitimləşdirərək, onlara əzəli və əbədi mövcudluq statusu verib, bununla sosiumun dinamik və dialektik mövcudluq halını təmin edir. Digər mənada isə, istər zehni, və istərsə də, praktik sferada bəşəriyyətin fəth etdiyi hər bir yeni pillə, əldə etdiyi hər bir yeni nailiyyət – özlüyündə yeni norma və dəyərlər sistemi, o da öz növbəsində yeni-yeni münasibətlər tələb edir, meydana çıxarır ki, bu münasibət islahatları da, lokal çərçivədə ayrı-ayrı fərdlərin, qlobal miqyasda isə, ayrı-ayrı dövlətlərin tərəqqi və süqutu şəklində təzahür edir. Bu isə özlüyündə, inkişafın, heç də həmişə bir təkcə təkamül xətti üzrə cərəyan etmədiyini göstərir. Bəs, bu konfliktlərin kəskinliyini az da olsa zəiflədib, özünü bu ağrılı proseslərdən, qismən də olsa, necə sığortalamalı? Min-min il ərzində bəşər filosofları bu problemin fərqli həll variantlarını təklif ediblər: kimisi bunun həllini Atlantida kimi ideal dövlət quruluşunu təbliğ etməkdə, kimisi şahları ədalətə çağırmaqda, kimisi «qızıl era» fantaziyası ilə insanları şirnikləşdirməkdə, kimisi bəşəriyyətə biosferada unikuum statusu verərək, onlara vəhşi instinktlərin təzahürünü yasaqlamaqda, kimisi ali etik və estetik dəyərlərin təntənəsində, kimisi utopik cəmiyyətlər yaradaraq insanları məcburən onun kazarmalarında yaşatmaqda, bir başqaları isə sair bu kimi yollarda görüblər. Fəqət, bütün bunların min-min il ərzində Yer üzündə tökülən qanların qarşısını almayıb, əksinə, yalnız bir qrup ürəyitəmiz, sadə insanın əl-qolunu bağlayaraq, onları bu yolu tutmayan digərlərinin qarşısında əliyalın vəziyyətdə qoyduğundan və onları Allahın onlara verdiyi bütün imkanlardan maksimum istifadə edib, yaşamaq uğrunda normal mübarizə apara bilməkdən məhrum etdiyindən, demək mümkündür ki, bu variantların heç biri problemə adekvat yanaşma metodu olmayıb və, bir para, təbii seçmə prosesinin normal məcrasını pozub. Buna görə də, məsələnin yeni həll variantları hələ də axtarılmalıdır. Bu kitab məhz bu cəhdlərdən biri kimi meydana çıxır. Burada onların «tabu» qoyaraq yasaqladıqları həmin o düşüncələr, rəftarlar, davranışlar və s. cidd-cəhdlə pislənib gizlədilmir, xeyr. Əksinə, onların kütləviləşib hamının malına çevrilməsi üçün detallarına qədər açıqlanmasına səy göstərilir. Məsələ burasındadır ki, digər növ təsirlərdən fərqli olaraq, psixoloji təsirləri neytrallaşdırmağın başlıca metodu – onun mövcudluğu faktını aşkarlamaqdır. Yəni manipulyasiyanın varlığını, tətbiqini müəyyənləşdirmək, artıq ani olaraq onun zərərsizləşməsi deməkdir. Bu baxımdan, ümumi oyun qaydalarından hamının xəbərdar olması, işin ziyanına yox, xeyrinədir. Belə ki, bu, kimlərinsə məlumat çərçivəsindəki boşluğa istinad edərək spekulyasiya aparan neçə-neçə manipulyatorun əl-qolunun bağlanmasına gətirib çıxarır. Üstəlik də ki, bu variant, yuxarıda sadalanan səbəblərə görə, ziddiyyətlərin kökünün kəsilməsinin qeyri-mümkün olduğu bu dünyada, insanların yaşamaq uğrunda apardığı mübarizəsini güc sferasından, ağıl sferasına keçirmək üçün əvəzolunmaz vasitədir. Kitabın bütün mahiyyəti bizim burada «Davranış və düşüncələrin ‘‘Neyrostrateji proqramlaşdırılması’’ metodu» adlandırdığımız yeni psixoloji təsir aparatının yaradılması ilə tamamlanır, ümumiləşir (kitabın 2-ci hissəsi tam şəkildə ona həsr olunub). Kitabda yeri gəldikcə göstərilən bu yeni konsepsiya prizmasından, «nümunə» bəhanəsi ilə, yaxın dövrün tarixinə bir daha nəzər salınır və onun metodları ilə XX əsr tarixinin bir çox səhifələri yenidən interpretasiya edilir – hansılar barəsində ki, demək olar hamı, o cümlədən, tarixçi, siyasətçi və politoloqlar da indiyə qədər tamam özgə mövqedə olub, başqa cür düşünüblər və düşünməkdədirlər. Son olaraq bir daha qeyd edirik: Burada bütün bu «qadağan olunmuş» metodların müfəssəl açıqlanmasından yeganə məqsəd ondan ibarətdir ki, onlar onsuz da güclülərə məlumdur və onlar onsuz da, bunlardan zəiflərə qarşı heç bir məhdudiyyət qoymadan istifadə edirlər. Qoy indi onlar hamının malına çevrilsin ki, heç olmazsa ümumi oyun qaydaları hamıya bəlli olduğundan, aldanıb bu tora düşənlərin sayı azalsın. Digər tərəfdən isə, onlara diqqəti cəlb etməklə, onlardan müdafiə variantlarının yaradılması da aktuallaşsın...We have made it easy for you to find a PDF Ebooks without any digging. And by having access to our ebooks online or by storing it on your computer, you have convenient answers with DİPLOMATİK PSİXOLOGİYA. To get started finding DİPLOMATİK PSİXOLOGİYA, you are right to find our website which has a comprehensive collection of manuals listed. Our library is the biggest of these that have literally hundreds of thousands of different products represented.
Description: Kitabda adi həyatdan tutmuş siyasətə və hərbiyyəyə qədər olduqca geniş bir diapazonda tətbiq olunan çoxlu sayda diplomatik manevrlərin, taktiki gedişlərin, psixoloji fəndlərin mexanizmi izah edilir, onlardan necə istifadə etməyin yolları göstərilir; Kitabın birinci hissəsində – qədim Şərq əlbəyaxa döyüşlərində və ümumən hərb texnikasında olduğu kimi, ünsiyyət aktının da özünəməxsus taktika və strategiyaya, hücum və əks-hücum məqamlarına, kəşfiyyat, diversiya elementlərinə və s. malik olduğu göstərilir, rəqibin zəif cəhətlərini necə aşkar etmək, onlara zərbələri necə endirmək, qarşı tərəfin hücumlarından necə qorunmaq, fikirlərini necə «oxumaq», ünsiyyət zamanı təşəbbüsü necə ələ almaq, liderliyə necə nail olmaq, kiməsə hər hansısa bir fikri necə təlqin etmək, onu necə inandırmaq, fəaliyyətə necə təhrik etmək və ya bundan necə çəkindirmək, rəyini necə döndərmək, iradəsini necə qırmaq, öz mövqeyini ona necə qəbul etdirmək, onda hansısa bir əhval-ruhiyyəni, halı, meyli necə formalaşdırmaq və ya necə neytrallaşdırmaq, müxtəlif xarakter və statuslu adamlarla müxtəlif şəraitlərdə ünsiyyəti necə qurmaq, söhbətin maraqlı keçməsi üçün hansı nüansları nəzarətdə saxlamaq və s. barədə bəhs edilir. İkinci hissədə – konkret olaraq siyasət və hərbiyyədə istifadə olunan diplomatik manevr və fəndlərin texnologiyalarından bəhs olunur: Rəqib cəbhəsinin əskər və əhalisinin mənəvi və hərbi ruhunu necə qırmaq, onların öz qüvvəsinə, öz hərbi-siyasi rəhbərliyinin kompetentliyinə inamını necə itirmək, onların döyüş qabiliyyətini necə aşağı salmaq, müqavimət iradəsini necə qırmaq, hərbi əməliyyatlarda iştirakdan və ya səfərbərlikdən boyun qaçırmağa, dezertirliyə, komandirlərə tabe olmamağa, əsir düşməyə, satqınlığa və s. necə təhrik etmək, onları özlərinin, öz yaxınlarının və ya öz dövlətlərinin, vətənlərinin, rəhbərlərinin və b. əleyhinə olan addımlara, fəaliyyətlərə necə meylləndirmək, beynəlxalq siyasətdə və ümumən siyasətdə bütün bunlardan necə istifadə etmək və s. barədə söhbət açılır, bunların realizəsi üçün konkret fənd və vasitələr göstərilir. Metodika dünya psixologiyasında analoqa malik deyil. Kitab xüsusi idarələr, diplomatlar, siyasətçilər, politoloqlar, hərb strateqləri, pedaqoqlar, psixoloqlar və ümumiyyətcə, praktik psixologiya ilə maraqlanan hər kəs üçün yararlı ola bilər. ======================= M Ü N D Ə R İ C A T ----------------------- ÖN SÖZ MÜQƏDDİMƏ == I hissə == I fəsil. KƏŞFİYYAT: İNSANLARIN FİKİRLƏRİNİ NECƏ «OXUMALI», ONLARI NECƏ TANIMALI I.1. Sərbəst assosiasiya metodu I.2. Mübahisə metodu I.3. Sınaq-səhv metodu I.4. Statistik intensivlik metodu I.5. Eyham metodu I.6. Həqiqəti təhrif metodu I.7. Sorğu metodu II fəsil: PSİXOLOJİ HƏMLƏ: İNSANLARA TƏSİRİN FORMA və METODLARI II.1. PSİXOLOJİ TƏSİRLƏRİN FORMALARI II.1.1. Təbliğat II.1.2. Təşviqat II.2. PSIXOLOJI TƏSIRLƏRIN METODLARI Þ İnsanları ayıqkən necə hipnoz etməli (Təlqin metodları) II.2.1.1. Avtoritet və etimada əsaslanan təlqin II.2.1.2. Qarşı tərəfin zəifliklərindən istifadə yolu ilə həyata keçirilən təlqin II.2.1.3. Etimad və etibara əsaslanan təlqin II.2.1.4. Təlqin materialının məzmunu faktoru II.2.1.5. Situativ faktorlara istinadən həyata keçirilən təlqin II.2.1.6. Təlqin texnikası faktoru Þ İnandırma, aldatma və dezinformasiya metodları II.2.2.1. Nümayiş manipulyasiyaları II.2.2.2. Təsvir manipulyasiyaları II.2.2.3. İzah manipulyasiyaları II.2.2.4. Arqumentasiya manipulyasiyaları Þ Sanksiya II.2.3.1. Psixoloji sanksiyalar (diversiyalar) II.2.3.2. Siyasi-inzibati sanksiyalar (diversiyalar) II.2.3.3. İqtisadi sanksiyalar (diversiyalar) II.2.3.4. Texnoloji sanksiyalar (diversiyalar) II.2.3.5. Hərbi sanksiyalar (diversiyalar) ■ 2.3.5.1. Psixotron silahlar ■ 2.3.5.2. Psixotrop preparatlar ■ 2.3.5.3. Partlayıcı maddələr (eksplozivlər) ■ 2.3.5.4. Kimyəvi silahlar ■ 2.3.5.5. Bioloji (bakterioloji) silahlar ■ 2.3.5.6. Tektonik silahlar ■ 2.3.5.7. Zoo – silahlar ■ 2.3.5.8. “Humanist” adlandırılan bir sıra müasir silahlar. III fəsil: BİR SIRA ÜNSİYYƏT FƏNDLƏRİ BARƏDƏ III.1. Riskli fikirləri necə ifadə etməli? III.2. Tənqid (irad) qaydaları III.3. Etiraz, imtina qaydaları III.4. Mövzudan məharətlə yayınmaq qaydaları III.5. Cavabdan diplomatikcəsinə necə yayınmalı III.6. Mövcud münasibəti qoruyub saxlamağa və daha da inkişaf etdirməyə imkan verən qaydalar III.7. Mahir həmsöhbət ola bilmək qaydaları III.8. Mahir dinləyici ola bilmək qaydaları == II hissə == IV fəsil: SOYUQ MÜHARİBƏ METODLARI: Davranış və düşüncələrin neyrostrateji proqramlaşdırılması metodu («Atom bombasına qarşı psixoloji bomba») IV.1.Rəqib ideologiyaları necə neytrallaşdırmalı IV.2.Əleyhfəaliyyətlərin qarşısını necə almalı IV.3.İnqilablar necə formalaşdırılır IV.4.Qüvvələr (şəxsiyyətlər, dövlətlər...) əleyhinə fəaliyyətlər IV.5.Rəqib cəbhəsi daxilinə necə iğtişaş salınır ■ Təzyiq taktikaları ilə əlaqədar bir sıra nüanslar ■ Qarabağ müharibəsi ilə əlaqədar bəzi çıxarışlar NƏTİCƏ Ədəbiyyat siyahısı ■ KİTABA ƏLAVƏLƏR ■ Bu gün dünya birjalarinda neft qiymətlərinin aşaği düşməsində psixoloji faktorlarin rolu və Azərbaycanin bu böhrandan daha az itki ilə çixa bilməsi üçün bəzi təkliflər ■ Azərbaycanın ali məktəblərində tədris edilən «Sosial psixologiya» (Ə.Bayramov və Ə.Əlizadə. Baki, «Qapp-poliqraf», 2003) dərsliyi barədə Rəy ■ Azərbaycanin müxtəlif sektorlarinda həyata keçirilməsi mümkün olan bir sira islahatlar barədə təkliflər ■ ABŞ və Azərbaycan demokratiyasının müqayisəsi ■ Minnətdarlıq KİTABDAN BİR PARÇA: M Ü Q Ə D D İ M Ə Yəqin, çoxları həyatda elə insanlarla rastlaşıb ki, onlar düşdüyü mühitdə dərhal başqalarından seçilir, nüfuz, hörmət, özgələri üzərində hakimiyyət qazanır, onların dünyagörüşünə, həyat tərzinə, düşüncəsinə və s. maneəsiz müdaxilə edib, təsir göstərir, onların idealına çevrilirlər. Belə adamlar, sanki, «hipnoz qabiliyyətli», «maqnitli» şəxsiyyətlərdir. Onların hər sözündə bir hökm, qüvvə hiss olunur, ətrafdakılar özlərindən asılı olmayaraq onların iradəsinə tabe olur, istəyini, tələblərini yerinə yetirmək, ardınca getmək məcburiyyətində qalır, onların əleyhinə çıxmağa cürət etmirlər. Hamı onlarla ünsiyyətə, dostluğa can atır, sözlərinə bir ehkam kimi inanır, mübahisələrdə, konflikt məqamlarda onların üstünlüyü dərhal nəzərə çarpır, baxmayaraq ki, onlar azdanışan, fiziki cəhətdən başqalarından az seçilən olurlar, danışdıqlarında isə çox az vaxtda nə isə müəyyənlik, məntiqi ardıcıllıq, dərin məlumatlılıq və s. olur. Tarixin gedişatına təsir göstərib, dünya nizamını müəyyən edən həmin liderlər – məhz bu tipli insanlardır. Onlar bir sözü ilə milyonları ayağa qaldırmağa, ardınca aparmağa, ölümə sürükləməyə, məhv etməyə qadirdirlər. Onlarda daim yuxarıda dayanmaq, başqaları üzərində hökmranlıq etmək, ətraf mühiti öz istəyinə uyğun dəyişmək və s. kimi keyfiyyətlər mövcuddur. Onların bu fenomenal xüsusiyyəti daim filosofların, psixoloqların, politoloqların, tarixçilərin və b. diqqət mərkəzində durub, tarix boyu liderlik fenomeninin sirrini açmaq üçün milyonlarla düşünən beyin cəhd edib. Burada məhz bu fenomenin şifrələri açılır. Yer üzündə bütün cəhətləri ilə biri-birinin təkrarı olan iki eyni insan tapmaq mümkün olmadığı kimi, onlar arasında yaranan ünsiyyət növləri, münasibət formaları da, özünün forma və məzmununa, məqsəd və xarakterinə, vasitələrinə və s. görə bir-birindən fərqlənir. Hər bir ünsiyyət növündə onun müəlliflərinin temperament, intellekt və xarakterindən tutmuş, onların dini, milli, irqi, irsi, cinsi, sinfi, siyasi və s. mənsubiyyətinə qədər elementlərin cizgiləri həkk olunur. Buraya, həmçinin, müəlliflərin emosional vəziyyəti, onların təhsil səviyyəsi, peşə yönümü, ictimai statusu, yaşı, bir-birinə münasibəti, istəkləri və s., eləcə də, söhbətin təklikdə, yoxsa publika qarşısında, öz cinsinin, yoxsa əks cinsin nümayəndəsi ilə aparılması və s. kimi cəhətlər də daxildir. Eyni zamanda, söhbətin ittiham, yoxsa müdafiə, sorğu və ya məsləhət, təsəlli, yaxud da ki, provakasiya, və s. məqsədi daşıması, dövrün iqtisadi, siyasi, hərbi, mədəni, sosial durumu və b. da, ünsiyyətin nəticəsinə təsir göstərən amillərdəndir. Bütün bu ziddiyyətlərə, mürəkkəbliyə, çoxşaxəliliyə, çoxplanlığa və s. baxmayaraq, hər halda, ünsiyyət aktı müəyyən qanunauyğunluğa malikdir və bu qanunauyğunluqları dərk edən şəxslər onun bu cür, göründüyü qədər də, xaotik proses olmayıb, əslində çox dəqiq riyazi səlisliyə, sistemli daxili quruluşa, sərrast mexanizmə malik gözəl bir psixoloji apparat olduğunu bilirlər. Bu apparatın «dili»ni bilən şəxslərsə insanlar üzərində hakimiyyətə malikdirlər. Bu kitabda məhz bu aparatın mexanizmi izah edilir. Burada – qədim Şərq əlbəyaxa döyüşlərində və ümumən hərb texnikasında olduğu kimi, ünsiyyət aktının da, özünəməxsus taktika və strategiyaya, hücum və əks-hücum məqamlarına, kəşfiyyat, diversiya elementlərinə və s. malik olduğu göstərilir, rəqibin zəif cəhətlərini necə aşkar etmək, onlara zərbələri necə endirmək, qarşı tərəfin hücumlarından necə qorunmaq, fikirlərini necə «oxumaq», ünsiyyət zamanı təşəbbüsü necə ələ almaq, liderliyə necə nail olmaq, rəqibə hər hansı bir fikri necə təlqin etmək, onu necə inandırmaq, fəaliyyətə necə təhrik etmək və ya bundan necə çəkindirmək, rəyini necə döndərmək, iradəsini necə qırmaq, öz mövqeyini ona necə qəbul etdirmək, onda hansısa bir əhval-ruhiyyəni, halı, meyli necə formalaşdırmaq və ya necə neytrallaşdırmaq, müxtəlif xarakter və statuslu adamlarla müxtəlif şəraitlərdə ünsiyyəti necə qurmaq, söhbətin maraqlı keçməsi üçün hansı nüansları nəzarətdə saxlamaq, istər ayrıca fərdlərin və istərsə də, nəhəng qrupların, kütlələrin, xalqların beyninə lazımi lozunqları, inamları, baxışları, motivləri necə yerləşdirmək, rəqib cəbhəsinin əskər və əhalisinin mənəvi və hərbi ruhunu necə qırmaq, onların öz qüvvəsinə, öz hərbi-siyasi rəhbərliyinin kompetentliyinə inamını necə itirmək, onların döyüş qabiliyyətini necə aşağı salmaq, müqavimət iradəsini necə qırmaq, hərbi əməliyyatlarda iştirakdan və ya səfərbərlikdən boyun qaçırmağa, dezertirliyə, komandirlərə tabe olmamağa, əsir düşməyə, satqınlığa və s. necə təhrik etmək, onları özlərinin, öz yaxınlarının və ya öz dövlətlərinin, vətənlərinin, rəhbərlərinin və b. əleyhinə olan addımlara, fəaliyyətlərə necə meylləndirmək, siyasi mübarizədə bütün bunlardan necə istifadə etmək və s. barədə söhbət açılır, bunların realizəsi üçün konkret fənd və vasitələr göstərilir. Bu metodika – özünəməxsus psixoloji dzyü-do, xüsusi bilik, fənd və vərdişlər toplusudur ki, o, rəqibin təbii zəif cəhətlərindən öz məqsədləri üçün istifadə etmək, onun psixikasını bir alət, cihaz kimi idarə etmək, dünyagörüşünə, həyat tərzinə, davranışına, düşüncəsinə və s. müdaxilə edib, təsir göstərmək, ümumilikdə, mürəkkəb insan münasibətləri laboratoriyasında rahat işləmək üçün konkret resept, təlim, instruksiyadır. Ondan müstəqil olaraq «psixoloji silah» yaratmaq işində, insan beyninin proqramlaşdırılmasında, düşünən yeni nəsil robotlarının (süni şüurun) yaradılmasında, cəmiyyətlərin davranışının kibernetik modelinin işlənib hazırlanmasında, eləcə də, ritorikada, diplomatiyada, pedaqogikada, kriminalistikada, reklam işində, ideoloji müharibələrdə, linqvistika və informasiya nəzəriyyələrində və digər yerlərdə istifadə oluna bilər. O, eyni zamanda, gücsüzlərin özlərini güclülərin təsirindən, təzyiqindən, hücumundan, istismarından və s. qoruması üçün də əvəzedilməz silahdır, çünki təsir – mexanizminin dərki ilə öz qüvvəsini itirir. Metodika, dünya psixologiyasında analoqa malik deyil. II Necə etməli ki, bir anda milyonlarla insan küçələrə çıxıb bir-birinə hücum çəksin, bir-birinin qanına susayıb ata-oğlunu, ana qızını, övlad valideyni, qardaş qardaşı tikə-tikə doğramaqdan ləzzət alsın, dünənə qədər can bir qəlbdə olan şəxslər bu gün bir-birinə qənim kəsilsin, beləcə, milyonlarla insanın beyninə bir andaca iblis hakim olsun və sonra, sizin istədiyiniz bir vaxtda bu iblis onları buraxıb getsin və həmin insanlar yenidən bir araya gəlib, bir-biri ilə deyib-gülməyə başlasınlar? Necə etməli ki, hüdudsuz nifrət hissi ilə üstünüzə hücum çəkən düşmən əskərləri bir andaca silahı yerə tullayaraq evlərinə dağılışıb getsinlər və ya kütləvi surətdə sizin tərəfinizə keçsinlər, yaxud silahı bir-birlərinə, öz komandirlərinə, hökumətlərinə və ya öz əhalilərinə qarşı çevirsinlər? Fantastika və ya vəhşilikdir, deyilmi? Hər halda, insanların radioaktiv, bakterioloji və kimyəvi silahlarla kütləvi məhv edilməsindən o qədər də artıq vəhşilik deyil və insanların «zombiləşdirilməsi» üzrə bu səpkili tədqiqatlar çoxdan bir sıra nəhəng dövlətlərin gizli hərbi laboratoriyalarında sınaqdan keçirilməkdə və praktikaya tətbiq edilməkdədir. Bu kitabdan məqsəd, məhz həmin tədqiqatların üzərindən «məxfilik» qrifini götürərək onların sirrini nəhəng dövlətlərin monopoliyasından çıxarmaq və kiçik dövlətlərin də, özünümüdafiə məqsədilə bu cür maksimum ucuz və maksimum effektli «silah»a malikliyini təmin etmək üçün onun ən ümumi konturlarını müəyyənləşdirmək, sirri üzərinə müəyyən işıq salmaqdır. III Məhdud miqdarda olan qiymətli şeylərin bölüşdürülməsi ilə bağlı konfliktlərin meydana çıxması labüddür. Hakimiyyət, nüfuz, var-dövlət və s. kimi qıt dəyərlərdən daha çox pay götürmək rəqabəti də, tarix boyu mövcud olmuş bütün bəşəri münaqişələri meydana çıxarıb. Nə iqtisadi münasibətlərin dinamikası ilə şərtlənən formasiya təbəddülatları, nə bəşər təfəkkürünün inkişaf dialektikası ilə həmahəng dəyişən sivilizasiya təkamülləri, nə də bir başqa nə isə min-min il ərzində bu qırğınların qarşısını ala bilməyib ki, bu da onun insan xislətinin dərinlikləri ilə bağlı bir hal olduğunu düşünməyə əsas verir. Həqiqətdə də bu belədir. Belə ki, təbii seçmə və yaşamaq uğrunda mübarizə deyilən – bioloji, dialektik ziddiyyət deyilən – fəlsəfi qanunauyğunluqlar bu konfliktləri legitimləşdirərək, onlara əzəli və əbədi mövcudluq statusu verib, bununla sosiumun dinamik və dialektik mövcudluq halını təmin edir. Digər mənada isə, istər zehni, və istərsə də, praktik sferada bəşəriyyətin fəth etdiyi hər bir yeni pillə, əldə etdiyi hər bir yeni nailiyyət – özlüyündə yeni norma və dəyərlər sistemi, o da öz növbəsində yeni-yeni münasibətlər tələb edir, meydana çıxarır ki, bu münasibət islahatları da, lokal çərçivədə ayrı-ayrı fərdlərin, qlobal miqyasda isə, ayrı-ayrı dövlətlərin tərəqqi və süqutu şəklində təzahür edir. Bu isə özlüyündə, inkişafın, heç də həmişə bir təkcə təkamül xətti üzrə cərəyan etmədiyini göstərir. Bəs, bu konfliktlərin kəskinliyini az da olsa zəiflədib, özünü bu ağrılı proseslərdən, qismən də olsa, necə sığortalamalı? Min-min il ərzində bəşər filosofları bu problemin fərqli həll variantlarını təklif ediblər: kimisi bunun həllini Atlantida kimi ideal dövlət quruluşunu təbliğ etməkdə, kimisi şahları ədalətə çağırmaqda, kimisi «qızıl era» fantaziyası ilə insanları şirnikləşdirməkdə, kimisi bəşəriyyətə biosferada unikuum statusu verərək, onlara vəhşi instinktlərin təzahürünü yasaqlamaqda, kimisi ali etik və estetik dəyərlərin təntənəsində, kimisi utopik cəmiyyətlər yaradaraq insanları məcburən onun kazarmalarında yaşatmaqda, bir başqaları isə sair bu kimi yollarda görüblər. Fəqət, bütün bunların min-min il ərzində Yer üzündə tökülən qanların qarşısını almayıb, əksinə, yalnız bir qrup ürəyitəmiz, sadə insanın əl-qolunu bağlayaraq, onları bu yolu tutmayan digərlərinin qarşısında əliyalın vəziyyətdə qoyduğundan və onları Allahın onlara verdiyi bütün imkanlardan maksimum istifadə edib, yaşamaq uğrunda normal mübarizə apara bilməkdən məhrum etdiyindən, demək mümkündür ki, bu variantların heç biri problemə adekvat yanaşma metodu olmayıb və, bir para, təbii seçmə prosesinin normal məcrasını pozub. Buna görə də, məsələnin yeni həll variantları hələ də axtarılmalıdır. Bu kitab məhz bu cəhdlərdən biri kimi meydana çıxır. Burada onların «tabu» qoyaraq yasaqladıqları həmin o düşüncələr, rəftarlar, davranışlar və s. cidd-cəhdlə pislənib gizlədilmir, xeyr. Əksinə, onların kütləviləşib hamının malına çevrilməsi üçün detallarına qədər açıqlanmasına səy göstərilir. Məsələ burasındadır ki, digər növ təsirlərdən fərqli olaraq, psixoloji təsirləri neytrallaşdırmağın başlıca metodu – onun mövcudluğu faktını aşkarlamaqdır. Yəni manipulyasiyanın varlığını, tətbiqini müəyyənləşdirmək, artıq ani olaraq onun zərərsizləşməsi deməkdir. Bu baxımdan, ümumi oyun qaydalarından hamının xəbərdar olması, işin ziyanına yox, xeyrinədir. Belə ki, bu, kimlərinsə məlumat çərçivəsindəki boşluğa istinad edərək spekulyasiya aparan neçə-neçə manipulyatorun əl-qolunun bağlanmasına gətirib çıxarır. Üstəlik də ki, bu variant, yuxarıda sadalanan səbəblərə görə, ziddiyyətlərin kökünün kəsilməsinin qeyri-mümkün olduğu bu dünyada, insanların yaşamaq uğrunda apardığı mübarizəsini güc sferasından, ağıl sferasına keçirmək üçün əvəzolunmaz vasitədir. Kitabın bütün mahiyyəti bizim burada «Davranış və düşüncələrin ‘‘Neyrostrateji proqramlaşdırılması’’ metodu» adlandırdığımız yeni psixoloji təsir aparatının yaradılması ilə tamamlanır, ümumiləşir (kitabın 2-ci hissəsi tam şəkildə ona həsr olunub). Kitabda yeri gəldikcə göstərilən bu yeni konsepsiya prizmasından, «nümunə» bəhanəsi ilə, yaxın dövrün tarixinə bir daha nəzər salınır və onun metodları ilə XX əsr tarixinin bir çox səhifələri yenidən interpretasiya edilir – hansılar barəsində ki, demək olar hamı, o cümlədən, tarixçi, siyasətçi və politoloqlar da indiyə qədər tamam özgə mövqedə olub, başqa cür düşünüblər və düşünməkdədirlər. Son olaraq bir daha qeyd edirik: Burada bütün bu «qadağan olunmuş» metodların müfəssəl açıqlanmasından yeganə məqsəd ondan ibarətdir ki, onlar onsuz da güclülərə məlumdur və onlar onsuz da, bunlardan zəiflərə qarşı heç bir məhdudiyyət qoymadan istifadə edirlər. Qoy indi onlar hamının malına çevrilsin ki, heç olmazsa ümumi oyun qaydaları hamıya bəlli olduğundan, aldanıb bu tora düşənlərin sayı azalsın. Digər tərəfdən isə, onlara diqqəti cəlb etməklə, onlardan müdafiə variantlarının yaradılması da aktuallaşsın...We have made it easy for you to find a PDF Ebooks without any digging. And by having access to our ebooks online or by storing it on your computer, you have convenient answers with DİPLOMATİK PSİXOLOGİYA. To get started finding DİPLOMATİK PSİXOLOGİYA, you are right to find our website which has a comprehensive collection of manuals listed. Our library is the biggest of these that have literally hundreds of thousands of different products represented.